Bank Of Baku

Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutublar
# 21 iyun 2013 06:30 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində və Krosnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun Aşağı Əskipara kəndində və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR