Bakı - APA. Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.