Bakı – APA. Cəbhə xəttində atəşkəs yenidən pozulub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Berdavan kəndində, Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və Qorqan, Ağdam rayonunun Şıxlar və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərindən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.