Bank Of Baku

Ermənistanda hərbi institutda kursant öz yoldaşını güllələyib

Ermənistanda hərbi institutda kursant öz yoldaşını güllələyib
# 03 iyun 2013 08:22 (UTC +04:00)

APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan kursant Armen Melkumyanın avtomat silahdan tələbə yoldaşı Sipan Movsisyana atəş açdığını açıqlayıb. Döş nahiyəsindən güllə yarası alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. İlkin məlumata görə, kursantlar arasında mübahisə düşüb, bir-birini təhqir edən zaman kursantlardan biri avtomatla digərinə atəş açıb. Armen Melkumyan artıq saxlanıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR