Bank Of Baku

Əsgər ölümü ilə bağlı cinayət işi başlanıb

Əsgər ölümü ilə bağlı cinayət işi başlanıb
# 20 aprel 2013 12:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanıb. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgərinin ölümü ilə əlaqədar Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhərinin Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində ölüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR