Bank Of Baku

Hüquq müdafiəçisi müdafiə nazirinə müraciət edib

Hüquq müdafiəçisi müdafiə nazirinə müraciət edib
# 07 mart 2013 15:07 (UTC +04:00)

 

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov müdafiə naziri Səfər Əbiyevə müraciət edib. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib.

 

E.Behbudov bildirib ki, müraciətində S.Əbiyevdən onu qəbul etməsini xahiş edib: “Son vaxtlar Azərbaycan Ordusunda bir neçə əsgərin ölməsi cəmiyyətdə böyük narahatçılıq doğurur. Mən də bu məsələləri müzakirə etmək üçün nazirdən xahiş etmişəm ki, məni qəbul etsin”.

 

E.Behbudov son zamanlar bəzi adamların hüquq müdafiəçisi adından istifadə edərək ölən əsgərlərin ailələri ilə görüşməsinə də münasibət bildirib: “İndi çox adam özünə hüquq müdafiəçisi deyir. Belə adamlardan bir neçəsi gedib Göyçayda ölən əsgərin ailəsi ilə görüşüblər. Lakin onların ailəsi ilə görüşmək nəyisə dəyişmir, öləni geri qaytarmır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR