Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin İzmir şəhərində NATO-nun Quru Qüvvələri Komandanlığının qərargahı açılıb. APA-nın Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, İzmir qərargahı NATO-nun Monsda yerləşən Müttəfiq Qüvvələri Komandanlığının üç əsas qərargahından biri və yeganə Quru Qüvvələri Komandanlığıdır.
Baş Qərargahın açıqlamasında qeyd olunub ki, NATO-nun yeni komanda sisteminin formalaşdırılması ilə əlaqədar olaraq qərargahların sayı azaldılıb, müttəfiq ölkələrdəki bir çox qərargahlar ləğv edilib.