Lənkəran. Ağəddin Babayev – APA. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2-ci bəndinə uyğun olaraq gənclərin hərbi xidmətə həvəsləndirilməsi və əsgər həyatı ilə yaxından tanışlıq məqsədi ilə Lənkəran rayonundan bir qrup yeniyetmə və gənc N saylı hərbi hissənin əsgərlərinin qonağı olub. APA-nın Cənub bürosunun xəbərinə görə, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbir zamanı gənclərə vətənpərvərlik və hərbi xidmət haqqında müfəssəl məlumat verilib. Daha sonra onlar hərbi hissənin dərs, tibbi-sanitariya otaqları, idman zalları, yeməkxana və yataq yerləri ilə yaxından tanış olublar. Sonda hərbi hissənin özfəaliyyət dərnəyinin ifasında təqdim olunan maraqlı konsert proqramı qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.