Bank Of Baku

Mingəçevirdə bazarın yaxınlığında partlamamış top mərmisi tapılıb

Mingəçevirdə bazarın yaxınlığında partlamamış top mərmisi tapılıb
# 22 sentyabr 2017 15:57 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Mingəçevir şəhərində Daş bazarının yaxınlığında partlamamış mərminin olması barədə məlumatlar daxil olub.

 

ANAMA-dan APA-ya bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 76 mm-lik top mərmisi (OF-343) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR