Bank Of Baku

MN: Monitorinq zamanı Azərbaycan tərəfinin atəşkəsi pozması barədə məlumat dezinformasiyadır

MN: Monitorinq zamanı Azərbaycan tərəfinin atəşkəsi pozması barədə məlumat dezinformasiyadır
# 31 avqust 2017 12:10 (UTC +04:00)

Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki,  Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: “Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktını qeydə almayıblar”.

 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

 

MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR