Bank Of Baku

NATO-nun təlim qrupu Bakıda seminar keçirir

NATO-nun təlim qrupu Bakıda seminar keçirir
# 19 sentyabr 2017 09:50 (UTC +04:00)

NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir.  

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-texniki təminatın əsasları”, “Əməliyyatlarda maddi-texniki təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar veriləcək, eləcə də müxtəlif məşğələlər təşkil olunacaq.

 

Sentyabrın 22-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

 

Qeyd edək ki, seminar Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə əməkdaşlıq proqramına əsasən keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR