APA-nın Polşa Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün S. Əbiyevin Polşa Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi olub. S. Əbiyev və Polşanın müdafiə naziri Tomas Siemoniak ölkələr arasında ikitərəfli və çoxtərəfli hərbi əlaqələri, habelə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Azərbaycan nümayəndə heyətində Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov, Silahlanma idarəsinin rəisi, general-mayor Qorxmaz Qarayev, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu təmsil olunur. Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da iştirak edib.
Azərbaycan müdafiə nazirinin Polşanın prezidenti ilə də görüşü planlaşdırılır.