Bakı-APA. Armavirdəki radiolokasiya stansiyası gələn ilin əvvəllərindən döyüş növbəsinə başlayacaq. APA-nın məlumatlına görə, Rusiya prezidenti Vladimir Putin deyib ki, Armavir RLS cənub strateji istiqamətində hava və kosmik məkanı nəzarətdə saxlayacaq.
Qeyd edək ki, RLS raket hücumundan xəbərdarlıq sisteminin əsas elementi sayılır. Rusiya dekabrın 10-da Qəbələ RLS-in istismarını dayandırdığını bəyan edib.