Bank Of Baku

Rusiyanın Azərbaycana satdığı PDM-3-ün tədarükü gələn il yekunlaşacaq

Rusiyanın Azərbaycana satdığı PDM-3-ün tədarükü gələn il yekunlaşacaq
# 31 avqust 2017 13:17 (UTC +04:00)

Rusiyanın 2010-cu ildə imzalanmış müqaviləyə əsasən Azərbaycana satdığı piyadaların döyüş maşınlarının (PDM-3) tədarükü gələn il başa çatacaq.

 

APA-nın xəbərinə görə, bu barədə TASS hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbəyə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, Bakı və Moskva böyük həcmdə silah və hərbi texnikanın tədarükü barədə 2010-cu ildə razılığa gəliblər. Buraya üç batalyon "T-90S" tankı, özüyeriyən artilleriya, reaktiv yaylım atəşi sistemləri, ağır odsaçan sistemlər, təmir-təxliyyə və mühəndislik maşınları daxildir. Müqavilə paketinin dəyəri 1 milyard dollara yaxındır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR