Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfiri: “Rusiyaya məxsus texnikanın əsas hissəsi Qəbələ RLS-dən çıxarılıb”

Rusiyanın Azərbaycandakı səfiri: “Rusiyaya məxsus texnikanın əsas hissəsi Qəbələ RLS-dən çıxarılıb”
# 25 may 2013 08:46 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Rusiyaya məxsus avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması bir neçə həftədən sonra başa çatacaq.

 

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

 

Onun sözlərinə görə, texnikanın əsas hissəsi Qəbələ RLS-dən artıq çıxarılıb: “Qoşunlar da oradan çıxarılıb. Hazırda isə ikitərəfli sazişə əsasən Rusiyaya məxsus olan avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması prosesi gedir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində bu proses başa çatacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR