Bank Of Baku

Sankt-Peterburqda İMDS-2013 Beynəlxalq Hərbi Dəniz Sərgisi başlayıb

Sankt-Peterburqda İMDS-2013 Beynəlxalq Hərbi Dəniz Sərgisi başlayıb
# 03 iyul 2013 08:45 (UTC +04:00)

APA-nın məlumatına görə, iyulun 7-dək davam edəcək sərgidə hərbi dəniz texnikaları, gəmilər, sualtı qayıqlar, gəmi silah sistemləri, naviqasiya avadanlıqları, həmçinin dəniz sənayesində istifadə olunan müxtəlif avadanlıqlar nümayiş etdirilir.

 

Sərgidə Rusiya və dünyanın müxtəlif ölkələrindən hərbi dəniz vasitələri istehsal edən firmalar iştirak edirlər.

 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi də stendlə təmsil olunub. Müəssisə öz stendində sualtı qayıqlarda və müxtəlif gəmilərdə istifadə edilən dozatorlar, sərf ölçənlər, siqnalizatorlar və s. daxil olmaqla müxtəlif məhsullar barədə məlumatları ziyarətçilərə təqdim edir.

 

Qeyd edək ki, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi hazırda Rusiyanın "Admiralteyski verfi", "Severnıe verfi", "Sevmaş" və s. gəmiqayırma müəssisələri ilə yaxından əməkdaşlıq edir. Rusiyanın istehsal etdiyi sualtı qayıqlarda və gəmilərdə bu müəssisənin istehsalı olan avadanlıqlardan istifadə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR