Bank Of Baku

Serbiya Azərbaycanı «Gələcəyin əsgəri» təchizatı layihəsində iştiraka dəvət edib - FOTO

Serbiya Azərbaycanı «Gələcəyin əsgəri» təchizatı layihəsində iştiraka dəvət edib  - <span style="color: red;">FOTO
# 29 iyun 2013 12:29 (UTC +04:00)

 

Serbiyanın «Yugoimport SPDR» şirkəti Azərbaycana adıçəkilən təchizatın birbaşa satışını, yaxud da istək üzərinə birgə istehsalını təklif edib. Hazırda Azərbaycan tərəfi bu sistemi tədqiq edir.

 

VB-10 sistemi silah dəsti və digər elementləri baxımından Azərbaycan Silahlı Qüvvələrinin tələblərinə uyğun görülür. VB-10 təchizatı müxtəlif ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib. Bəzi ərəb ölkələri və Pakistan bu sistemə marağını ifadə edib.

 

Qeyd edək ki, Azərbaycan 2012-ci ildə «Gələcəyin əsgəri» təchizatının yaradılması istiqamətində işlərə başladığını elan edib. Hazırda bu sahədə işlərin konsepsiya mərhələsində olduğu bildirilir.

 

«Gələcəyin əsgəri» təchizatına ən müasir rabitə vasitələri, optik və termal görüş sistemləri, kameralar, döyüş meydanını müşahidə etmək və məlumatları mərkəzə ötürmək üçün kamera, standart döyüş silahı, ən müasir, nano texnologiyalara əsaslanan uniforma, fərdi mühafizə vasitələri, əl kompüteri və s. daxil olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR