Bank Of Baku

Türkiyə Suriya ilə sərhədlərin minalardan təmizlənməsi üzrə tenderi ləğv edib

Türkiyə Suriya ilə sərhədlərin minalardan təmizlənməsi üzrə tenderi ləğv edib
# 03 iyul 2013 07:53 (UTC +04:00)

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı olaraq iyunun 20-də Müdafiə Nazirliyi tenderə sənəd vermiş şirkətlərə rəsmi məktub göndərib.

 

APA-nın əldə etdiyi məlumatlara görə, tenderin ləğv edilməsi Suriyada baş verən hərbi qarşıdurmalarla bağlıdır. Minatəmizləmə işləri üzrə yaxın gələcəkdə yeni bir tenderin keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Azərbaycandan ANAMA və «Azairtechservise» şirkətinin ortaq qatıldığı tenderdə dünyada minatəmizləmə sahəsində ixtisaslaşmış Olive Group, Minetech, CROMAC, UXB, Aardvak, Mechem, FSD, Countermine, Ronco kimi təşkilatlar iştirak edirdi.

 

Xatırladaq ki, layihə çərçivəsində 1950-ci illərdə minalanmış 911 km-lik Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi nəzərdə tutulur. Minalı sahələr ərazi şəraitinə görə 140, 124, 110, 156, 101 və 280 km olmaqla altı bölgəyə ayrılıb və ümumi sahəsi 212 milyon kvadratmetrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR