Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan, Qazaxıstan və Türkmənistanın Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətləri Xəzərdə naviqasiyanın durumuna da operativ mübadilə aparmaq və əməkdaşlıq barədə Rusiya Müdafiə Nazirliyinin təklifini dəstəkləyiblər. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu barədə nazirliyin əməkdaşı Aleksandr Şemetov bildirib.
Bu barədə danışıqlar dünən Həştərxanda keçirilib. Aleksandr Şemetov bildirib ki, bu təklifin reallaşması qarşısında yeganə maneə dünən keçirilmiş danışıqlara qatılmayan İranın qeyri-müəyyən mövqeyidir.