İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan “Yad Vaşem” memorial kompleksini ziyarət edib.
MN-dən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub, xatirə kitabını imzalayıb.