Bank Of Baku

Sumqayıtda yolu keçən qadını maşın vurub

Sumqayıtda yolu keçən qadını maşın vurub
# 24 aprel 2019 19:14 (UTC +04:00)

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə “Kolxoz bazarı” yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən piyada, Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Babayeva Vüsalə Əkrəm qızını maşın vurub.  Xəsarət alan V.Babayeva Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı  araşdırma aparılır.  

Ramil Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR