Paşha Bank
Bank Of Baku

Elxan Sadıqlı: Dövlət qurumları süni intellektə birbaşa sistem girişi verməməlidir

Elxan Sadıqlı: Dövlət qurumları süni intellektə birbaşa sistem girişi verməməlidir
# 20 oktyabr 2026 13:05 (UTC +04:00)

Dövlət qurumları süni intellekt (AI) texnologiyalarından istifadə edərkən məlumatların təkrar təlim (retraining) üçün istifadəsinə yol verməməli və AI-nin istehsalat bazalarına və xüsusi əhəmiyyətli informasiya sistemlərinə birbaşa girişini məhdudlaşdırmalıdır.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Dövlət Qurumlarının İT Rəhbərlərinin VIII Zirvə Toplantısında XRİTDX-nin Qırmızı komanda və süni intellekt təhlükəsizliyi qrupunun rəhbəri Elxan Sadıqlı tədbirdə deyib.

Onun sözlərinə görə, qurumun özünün süni intellektlə bağlı tələbləri ilə yanaşı, beynəlxalq və Avropa standartları (ISO 42001, NIST AI) da əsas götürülür. Ekspert dövlət qurumları qarşısında qoyulan əsas təhlükəsizlik tələblərini açıqlayıb:

"AI-nin istehsalat bazalarına və xüsusi əhəmiyyətli informasiya sistemlərinə birbaşa girişinin olmamasını diqqətə çatdırırıq ki, o sistemlərə dair birbaşa girişi olmasın. Səbəb odur ki, hazırda AI-larda boşluqlar çıxır, məlumat sızmaları (data leakage) və prompt inyeksiyaları baş verir. Bu da birbaşa həmin sistemləri təhlükəyə məruz qoyur".

Elxan Sadıqlı həmçinin süni intellektdən istifadə üçün müəyyən sertifikatlaşdırma mexanizminin tətbiqini təklif edib: "Biz dəfələrlə belə bir müzakirə aparırıq ki, nəyə görə maşın sürən zaman hər kəsə sürücülük vəsiqəsi verilmir, vəsiqə alandan sonra imtahan olunur. Bəlkə AI-dan istifadə üçün də bir vəsiqə forması yaradılmalıdır ki, həmin cihaz və ya alətdən istifadə üçün əvvəlcə sınaqdan (imtahandan) keçmək tələb olunsun".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR