Bank Of Baku

Həyat yoldaşını öldürən keçmiş məhkumun cinayət işi məhkəməyə göndərilib

 Həyat yoldaşını öldürən keçmiş məhkumun cinayət işi məhkəməyə göndərilib
# 24 aprel 2019 18:42 (UTC +04:00)

Qəsdən adam öldürməkdə təqsirləndirilən Müxalif Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun icraatında araşdırılacaq.

Qeyd edək ki, hadisə bu il yanvarın 1-də Xəzər rayonu ərazisində baş verib. Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Balayev Müxalif Fərrux oğlu həyat yoldaşı, 1980-ci il təvəllüdlü Balayeva Cəmalə Yaşar qızı ilə mübahisə edib. Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayaraq, qətlə yetirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR