Paşha Bank
Bank Of Baku

UPU-nun baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi milyonlarla istehlakçıya təsir edə bilər

UPU-nun baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi milyonlarla istehlakçıya təsir edə bilər
# 07 oktyabr 2026 10:04 (UTC +04:00)

Avropa İttifaqının aşağı dəyərli bağlamalara əlavə emal haqqı tətbiq etməsi milyonlarla istehlakçıya, elektron ticarət şirkətlərinə, poçt operatorlarına və logistika provayderlərinə təsir göstərə bilər.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən PostEurop Baş Assambleyası 2026-da Ümumdünya Poçt İttifaqının (UPU) Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki bildirib.

O qeyd edib ki, Avropa İttifaqının iyulun 1-dən aşağı dəyərli bağlamalar üçün emal haqqının tətbiqinə dair qərarı transsərhəd elektron ticarət bazarı üçün mühüm dəyişiklikdir.

“Biz daha bərabər rəqabət şəraitinin yaradılması, gömrük nəzarətinin gücləndirilməsi və sürətlə artan transsərhəd elektron ticarət həcmlərinin yaratdığı problemlərin həlli ilə bağlı məqsədləri anlayırıq. Bununla belə, sektorda bu tədbirin praktiki tətbiqi və daha geniş iqtisadi təsirləri ilə bağlı ümumi narahatlıq mövcuddur”, – M. Metoki bildirib.

UPU rəhbəri digər ölkə və regionların da öz gömrük tələblərini tətbiq etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu dəyişikliklər UPU-nun müqavilə və əməliyyat çərçivələri baxımından da mühüm məsələlər ortaya çıxarır.

“Belə şəraitdə qarşımızda dayanıqlı və yüksəkkeyfiyyətli beynəlxalq poçt xidmətlərini qorumaq, eyni zamanda operatorların innovasiya etməsinə, investisiya yatırmasına, rəqabət aparmasına və dəyişən müştəri tələblərinə cavab verməsinə imkan yaratmaq vəzifəsi dayanır”, – o əlavə edib.

M. Metoki bildirib ki, bu məsələlərin PostEurop Baş Assambleyasında, həmçinin qarşıdakı UPU toplantılarında müzakirə ediləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR