Bank Of Baku

AzInTelecom-un dəstəyi ilə TechConnect 2026 tədbiri keçiriləcək

AzInTelecom-un dəstəyi ilə TechConnect 2026 tədbiri keçiriləcək
# 30 oktyabr 2026 15:10 (UTC +04:00)

AzInTelecom-un dəstəyi ilə Bakıda TechConnect Week 2026 tədbiri keçiriləcək.

Bu barədə "APA-Economics"ə şirkətdən məlumat verilib.

2-7 noyabr tarixlərində baş tutacaq tədbir çərçivəsində 10-a yaxın ali təhsil müəssisəsində süni intellekt və yeni texnologiyalar üzrə təlimlər təşkil olunacaq. Təlimlərdə tələbələr süni intellekt və yeni texnologiyalar üzrə nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar da yerinə yetirəcəklər. Onlar komandalarda işləyərək tapşırıqları həll edəcək və öz texnoloji həllərini təqdim edəcəklər.

Noyabrın 7-də Baku Events Hall-da keçiriləcək əsas tədbirdə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, proqramlaşdırma və biznesin rəqəmsal transformasiyası müzakirə olunacaq. İştirakçılar sahə ekspertlərini dinləyəcək və yeni texnoloji trendlərlə tanış olacaqlar.

TechConnect 2026-da 1 000-dən çox iştirakçı, 30-dan çox spiker və 20-dən çox tərəfdaşın iştirakı gözlənilir.

Təşəbbüsün əsas məqsədi tələbələrin müasir texnoloji tendensiyalar barədə məlumatlılığını artırmaq, süni intellekt alətlərinin tətbiqi imkanlarını təşviq etmək və innovasiya ekosistemi ilə akademik mühit arasında əlaqələri gücləndirməkdir. Tədbir həmçinin gənclərin rəqəmsal bacarıqlarının inkişafına və süni intellekt sahəsində bilik mübadiləsinə yönəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR