Bank Of Baku

Yeni idman dünyası Kinon TV-də: “Setanta Sports & TV” paketi istifadəyə verilib

Yeni idman dünyası Kinon TV-də: “Setanta Sports & TV” paketi istifadəyə verilib
# 25 sentyabr 2026 14:44 (UTC +04:00)

Yeni paket geniş idman məzmununu və 260-dək yerli və xarici telekanalı bir abunəlikdə birləşdirir

Azercell Kinon TV platformasında idmansevərlər üçün yeni “Setanta Sports & TV” paketi istifadəyə verib. Yeni paket futbolun aparıcı Avropa liqaları, Formula 1 yarışları və geniş televiziya məzmununu vahid rəqəmsal abunəlikdə bir araya gətirir.

Paket çərçivəsində istifadəçilər Setanta Sports-un geniş idman kontentinə çıxış əldə edirlər. “Setanta Sports Canlı Yayımları” və Setanta Sports HD 1, Setanta Sports HD 2 telekanalları vasitəsilə LaLiga, İngiltərə Premyer Liqası, Serie A və Formula 1 daxil olmaqla, bir sıra aparıcı idman yarışlarını canlı izləmək mümkündür. “Setanta Live Streams” ilə isə istifadəçilər platformada təqdim olunan canlı yayımlar arasından istədikləri matç və tədbiri seçərək izləyə bilərlər.

“Setanta Sports & TV” paketinin imkanları bununla məhdudlaşmır. Paketə TVnet Sport, Sport TV 1 və Sport TV 2 kanalları, eləcə də 260-dək yerli və xarici telekanal da daxildir.

Beləliklə, Kinon TV qeyd olunan geniş idman məzmununu rəqəmsal formatda vahid abunəlik çərçivəsində təqdim edən ölkənin ilk və yeganə lisenziyalı TV platformasıdır.

İstifadəçilər məzmundan mobil telefon, planşet və digər uyğun cihazlar vasitəsilə istənilən yerdə yararlana bilərlər. Xidmətdən istifadə üçün əlavə avadanlıq, ayrıca abunəlik və ya ənənəvi televiziya bağlantısı tələb olunmur.

“Setanta Sports & TV” paketinin aylıq abunə haqqı 10,99 AZN-dir. Paketə qoşulmaq üçün mobil telefondan *999#YES kodunu yığmaq kifayətdir. Daha sonra təqdim olunan istifadəçi adı və şifrə ilə Kinon tətbiqinə daxil olaraq xidmətdən istifadə etmək mümkündür.

Azercell Kinon TV platformasında təqdim olunan məzmunu mütəmadi olaraq genişləndirərək abunəçilərinə daha zəngin və çevik rəqəmsal əyləncə imkanları təqdim etməyə davam edir.

Kinon TV haqqında ətraflı məlumat: www.kinon.tv

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR