Bank Of Baku

Azərbaycanla Qırğızıstan arasında fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanla Qırğızıstan arasında fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq genişləndirilir
# 04 noyabr 2026 13:23 (UTC +04:00)

Bişkek şəhərində keçirilən “Data Protection Forum 2026” beynəlxalq forumu çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi ilə Qırğız Respublikasının Fərdi Məlumatların Mühafizəsi üzrə Dövlət Agentliyi arasında qurum rəhbərləri tərəfindən imzalanmış əməkdaşlıq memorandumunun nüsxələri mübadilə edilib.

"APA-Economics" xəbər verir ki, sənəd fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığın inkişafı, müvafiq qurumlar arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, habelə fərdi məlumat subyektlərinin hüquqlarının müdafiəsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.

Sözügedən beynəlxalq forumda Milli Kibertəhlükəsizlik Agentliyini Fərdi Məlumatların Mühafizəsi departamentinin direktoru Xəyalə Babayeva təmsil edib. O, tədbir çərçivəsində keçirilən müzakirələrdə süni intellektin inkişafı fonunda fərdi məlumatların mühafizəsi, rəqəmsal etimadın təmin olunması istiqamətində Azərbaycanda həyata keçirilən işlər barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR