Bank Of Baku

AKTA: Azərbaycanda kibertəhlükəsizlik şirkətlərinin sayının artırılması prioritetdir

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabbarov

© APA | Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabbarov

# 04 iyun 2026 10:44 (UTC +04:00)

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafı, yerli şirkətlərin və mütəxəssislərin sayının artırılması prioritet istiqamətlərdən biridir.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabbarov Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı bildirib.

O bildirib ki, 2022-ci ildə ölkə üçün mühüm əhəmiyyət kəsb edən dövrdə AKTA-nın təsis olunması ilə kibertəhlükəsizlik ekosisteminin inkişafı və bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin sayının artırılması istiqamətində mühüm addım atılıb.

"İkinci və üçüncü forumlarda kibertəhlükəsizlik şirkətlərinin sayının artırılması, onlara dəstəyin göstərilməsi, gücləndirilməsi, eləcə də kadr hazırlığının inkişaf etdirilməsi və mütəxəssislərin sayının çoxaldılması məsələlərini müzakirə edirdik", - deyə o qeyd edib.

AKTA rəsmisinin sözlərinə görə, assosiasiya ölkədə kibertəhlükəsizlik sahəsinin inkişafı və dayanıqlı ekosistemin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR