Paşha Bank
Bank Of Baku

XRİTD: Dövlət informasiya infrastrukturlarına aid 100-dən artıq domen hədəfə alınıb

XRİTD: Dövlət informasiya infrastrukturlarına aid 100-dən artıq domen hədəfə alınıb
# 14 oktyabr 2026 09:14 (UTC +04:00)

13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTD) "APA-Economics"ə verilən məlumata görə, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib, Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına aid 100-dən artıq domen hədəfə alınıb.

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Hal-hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR