Paşha Bank
Bank Of Baku

Ekspert: Azərbaycanın Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləməsi rəqəmsal transformasiyanın real nəticəsidir

Ekspert: Azərbaycanın Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləməsi rəqəmsal transformasiyanın real nəticəsidir
# 20 noyabr 2026 17:57 (UTC +04:00)

"BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) Azərbaycanın 2024-cü ildəki 74-cü yerdən 2026-cı ildə 38-ci mövqeyə yüksəlməsi ölkəmizdə rəqəmsal hökumət quruculuğu sahəsində əldə olunan mühüm nailiyyətdir".

Bunu APA-ya açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib.

O qeyd edib ki, 36 pilləlik irəliləyiş və ümumi balın 0,7607-dən 0,8847-yə yüksəlməsi rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritetinə çevrilməsinin, institusional çərçivənin formalaşdırılmasının və qurumlararası koordinasiyanın gücləndirilməsinin nəticəsidir:

“Azərbaycanın "Çox yüksək EHİİ" kateqoriyasına və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin yer aldığı V3 altqrupuna daxil olması beynəlxalq rəqəmsal reytinqdə keyfiyyətcə yeni mərhələyə keçdiyimizi göstərir. Xüsusilə Onlayn Xidmətlər İndeksində 67-ci yerdən 11-ci yerə yüksəlmək və Böyük Britaniya, İslandiya, ABŞ, Kanada, Norveç, Avstraliya kimi yüksək gəlirli ölkələri üstələmək dövlət xidmətlərinin rəqəmsal təqdimatı sahəsində böyük nailiyyətdir. Xidmətlərin təqdim edilməsi altindeksində dünyada 10-cu yeri Estoniya ilə bölüşmək, institusional çərçivə üzrə isə birinci yerdə olmaq rəqəmsal hökumətin təkcə texnoloji deyil, həm də idarəetmə və tənzimləmə baxımından yetkinləşdiyini təsdiqləyir. Bu nəticələr "mygov", "digital.bridge", Rəqəmsal Sənəd Dövriyyəsi və "Kağızsız hökumət" prinsipləri kimi konkret layihələrin vətəndaşlar və biznes üçün xidmət keyfiyyətini yüksəldən platformalara çevrildiyini əks etdirir. Hesabatda qeyd olunan yeni istiqamətlər – rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlərin təşkili və süni intellekt əsaslı həllər – Azərbaycan qarşısında növbəti mərhələnin vəzifələrini də müəyyən edir".

İB sədri bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə ardıcıl diqqəti, "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə vahid fəaliyyət planı, Rəqəmsal İnkişaf Konsepsiyası və 2026–2028-ci illər üçün Fəaliyyət Planı rəqəmsal islahatların strateji davamlılığını təmin edir:

"Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti isə strateji liderlik, müasir və vizioner baxış, qurumlararası əməkdaşlığın gücləndirilməsi və qərarların uzlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, əldə olunan tarixi nəticəni qoruyub saxlamaq və daha da irəli aparmaq üçün növbəti dövrdə telekommunikasiya infrastrukturu və insan kapitalı üzrə göstəricilərin yaxşılaşdırılmasına, kibertəhlükəsizliyə, süni intellektin idarəetmə mexanizmlərinə, rəqəmsal bərabərliyə və xidmətlərin proaktivliyinin artırılmasına xüsusi diqqət yetirilməlidir. EHİİ-nin iki ildə bir dəfə dərc olunması beynəlxalq müqayisə üçün mühüm imkan yaratsa da, dayanıqlı uğur üçün davamlı monitorinq, məlumatların açıqlığı və vətəndaş məmnunluğunun ölçülməsi vacibdir. Azərbaycanın əldə etdiyi nəticə iddialı hədəflərin reallığa çevrildiyini göstərir. Azərbaycan təcrübəsi artıq region və bir çox ölkələr üçün real nümunə ola bilər".

O vurğulayıb ki, Azərbaycanın EHİİ-də əldə etdiyi bu mühüm nəticə Prezident İlham Əliyevin rəqəmsal transformasiya sahəsində apardığı məqsədyönlü və ardıcıl siyasətin birbaşa bəhrəsidir:

"Dövlət başçısının sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirənin keçirilməsi, Rəqəmsal İnkişaf Konsepsiyasının və 2026–2028-ci illər üçün Fəaliyyət Planının qəbulu, həmçinin vençur maliyyələşdirilməsi, kraudfandinq, İKT şirkətləri və startaplar üçün güzəştlər, texnoparkların hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarının qəbulu bu siyasətin sistemli xarakterini göstərir. Prezidentin bu sahəyə göstərdiyi diqqət sayəsində rəqəmsallaşma vahid strategiyaya çevrilib, dövlət xidmətlərinin vətəndaşlar və biznes üçün daha əlçatan, səmərəli və proaktiv olmasına imkan yaradıb. Məhz bu uğurlu siyasət Azərbaycanın beynəlxalq rəqəmsal reytinqdə sürətli yüksəlişini və ‘Çox yüksək EHİİ’ kateqoriyasında layiqli yerini təmin edən əsas amillərdən biridir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR