Bank Of Baku

Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib

Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
# 23 iyul 2026 11:24 (UTC +04:00)

22 İyul – Milli Mətbuat Günü münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İKT LAB” Tətbiq və Tədris Mərkəzi media nümayəndələri üçün süni intellekt (AI) mövzusunda təlim təşkil edib.

Təlimin məqsədi jurnalistləri “AI” texnologiyalarının media sahəsində tətbiqi, rəqəmsal alətlərdən səmərəli istifadə və kontent yaradılması imkanları ilə tanış etmək olub.

Tədbiri giriş sözü ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov açaraq süni intellektin media və digər sahələrdə yaratdığı imkanlardan bəhs edib. O, bu kimi təlimlərin jurnalistlərin peşəkar inkişafına töhfə verdiyini vurğulayıb.

“İKT LAB”ın direktoru Zibeydə Bayramova Mərkəzin fəaliyyət istiqamətləri və həyata keçirilən təlim proqramları barədə məlumat verib.

Təlimi “İKT LAB”ın təlimçisi Zöhrab Rzazadə keçib. İştirakçılara “AI” platformalarının media fəaliyyətində tətbiqi, mətn və vizual kontentin hazırlanması, məlumatların təhlili və iş proseslərinin optimallaşdırılması ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.

İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, “İKT LAB” gələcəkdə də rəqəmsal bacarıqların inkişafına yönəlmiş təlim və maarifləndirici tədbirləri davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR