Bank Of Baku

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı ilə əldə olunmuş nüvə sazişinin əhəmiyyətindən danışıb

ABŞ dövlət katibi Marko Rubio

© APA | ABŞ dövlət katibi Marko Rubio

# 23 iyul 2026 12:55 (UTC +04:00)

ABŞ Səudiyyə Ərəbistanı ilə dinc məqsədli mülki nüvə proqramı üzrə əməkdaşlığın Vaşinqton üçün məntiqli olduğunu hesab edir.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Rubio bildirib ki, ABŞ nüvə texnologiyası təklif edən yeganə ölkə deyil, lakin hansısa dövlət dinc məqsədli mülki nüvə proqramı həyata keçirmək qərarına gəldikdə, Vaşinqton həmin proqramın başqa ölkə ilə deyil, ABŞ ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasına üstünlük verir.

"Ümumilikdə, nüvə texnologiyası təklif edən dünyada yeganə ölkə biz deyilik. Ölkələr dinc məqsədli mülki nüvə proqramı həyata keçirmək qərarına gəldikdə, bizim istəyimiz odur ki, bunu başqa bir ölkə ilə deyil, bizimlə etsinlər. Bu, bizə həmin proqramın hansı istiqamətdə inkişaf edəcəyinə müəyyən təsir göstərməyə imkan verir. Eyni zamanda, lazımi təhlükəsizlik və nəzarət mexanizmlərinin mövcud olduğuna əmin olmağımıza şərait yaradır və buna bənzər məsələləri təmin edir. Səudiyyə Ərəbistanına gəldikdə isə, bu ölkə uzun illərdir bizim üçün mühüm strateji tərəfdaşdır. Buna görə də belə bir saziş bağlamağımız məntiqli olardı. Əlbəttə, saziş açıqlanandan sonra onun təfərrüatlarını görəcək və məzmununu başa düşə biləcəksiniz. Bundan da önəmlisi, sənəd Konqresdə nəzərdən keçirilmə prosesindən keçəcək. Bu, prosesin əsas hissələrindən biridir və həmin mərhələdə bir çox əlavə suallara cavab veriləcək", - deyə Rubio vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR