Bank Of Baku

Bakıda V “Dan ulduzu” beynəlxalq bədii yaradıcılıq festivalı keçiriləcək

Bakıda V “Dan ulduzu” beynəlxalq bədii yaradıcılıq festivalı keçiriləcək
# 05 sentyabr 2008 10:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 7-12-də Bakıda uşaq və gənclərin V “Dan ulduzu” beynəlxalq bədii yaradıcılıq festivalı keçiriləcək. APA-nın məlumatına görə, bu gün festivala həsr olunan mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin rəhbəri Gülarə Teymurova festivalda Azərbaycanla yanaşı, Ukrayna, Polşa, Rusiya, Gürcüstan, Qazaxıstan və Türkiyədən uşaq evləri və internat məktəblərində tərbiyə alan, imkanları məhdud olan istedadlı uşaqların iştirak edəcəyini bildirib. “Dan Ulduzu” festivalı çərçivəsində uşaqların Azərbaycan Respublikasının Milli Məclisində deputatlarla görüşü keçiriləcək, konsertlərdə, əl işlərindən ibərət sərgilərdə, müsabiqələrdə, idman yarışlarında və s. iştirakları təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR