Bank Of Baku

Qara Qarayevin Moskvadan gətirilən nadir fotoşəkillərinin sərgisi keçiriləcək

Qara Qarayevin Moskvadan gətirilən nadir fotoşəkillərinin sərgisi keçiriləcək
# 05 sentyabr 2008 16:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. SSRİ xalq artisti Qara Qarayevin Dövlət Film Fondu tərəfindən Moskvadan gətirilən nadir fotoşəkillərinin sərgisi keçiriləcək. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev APA-ya deyib ki, tədbir Muzey Mərkəzində sentyabrın sonlarında baş tutacaq. Sərgidə eyni zamanda Qara Qarayevin Kinofoto Sənədlər Arxivi tərəfindən təqdim olunan fotoları da nümayiş olunacaq. Oktyabrda isə Fikrət Əmirovun Kanadadan gətirilmiş nadir fotolarının foto-sərgisi təşkil olunacaq. C.Quliyev bildirib ki, bu tədbir Dövlət Film Fondu və Kinofoto Sənədlər Arxivinin birgə təşəbbüsü ilə keçiriləcək. Foto-sərgilər zamanı dahi bəstəkarların Azərbaycan filmlərinə yazılmış musiqiləri ifa olunacaq və filmlərdən fraqmentlər nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR