Bank Of Baku

Azərbaycanın müasir dekorativ-tətbiqi və xalq sənəti ensiklopedik kataloqu hazırlanır

Azərbaycanın müasir dekorativ-tətbiqi və xalq sənəti ensiklopedik kataloqu hazırlanır
# 08 sentyabr 2008 11:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. UNESCO-nun sifarişi və dəstəyi ilə Azərbaycanın müasir dekorativ-tətbiqi və xalq sənəti ensiklopedik kataloqu hazırlanır. Bu barədə APA-ya məlumat verən Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev deyib ki, ensiklopedik kataloq Azərbaycan və ingilis dillərində işıq üzü görəcək. Kataloqda xalq sənəti ilə məşğul olan 250-yə yaxın rəssam haqqında məlumatlar yer alacaq, onların əl işləri dərc olunacaq. 150 səhifədən ibarət olacaq ensiklopediyanın elmi məsləhətəçisi Rasim Əfəndidir. Ensiklopedik kataloqun nəşriyyata təqdim olunacağını bildirən katib, noyabrın sonlarında nəşrin təqdimat mərasiminin keçiriləcəyini qeyd edib. Ə. Qarayev ensiklopedik kataloqun bütün Avropa ölkələrində yayımlanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR