Bank Of Baku

Azərbaycan Rəssamlar İttifaqının binası oktyabrın 7-dək istifadəyə veriləcək

Azərbaycan Rəssamlar İttifaqının binası oktyabrın 7-dək istifadəyə veriləcək
# 08 sentyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Əsaslı təmirdə olan Azərbaycan Rəssamlar İttifaqının binasında tamamlama işləri aparılır. Azərbaycan Rəssamlar İttifaqının katibi, rəssam Ənvər Qarayev APA-ya deyib ki, bina oktyabrın 7-nə kimi istifadəyə veriləcək.

Əsaslı təmirdən sonra Rəssamlar İttifaqının binasında yerləşən Vəcihə Səmədova adına Sərgi Salonunda ilk tədbir - dekorativ-tətbiqi və xalq sənəti ilə məşğul olan rəssamların sərgisi olacaq. Bundan sonra isə yeni yaradılmış beş nəfərdən ibarət Miniatür qrupun sərgisinin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR