Bank Of Baku

Azərbaycanda aşkar edilən ilk yazı nümunəsi oxunub

Azərbaycanda aşkar edilən ilk yazı nümunəsi oxunub
# 08 sentyabr 2008 16:25 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan arxeoloqlarının ABŞ-ın Corciya Universitetinin mütəxəssisləri ilə birgə Naxçıvanın Şərur rayonunun Oğlanqala yaşayış yerində apardığı tədqiqatlar nəticəsində aşkar edilən mixi yazını oxumaq mümkün olub. Ekspedisiyanın rəhbəri Səfər Aşurov APA-ya Azərbaycanda ilk dəfə olaraq tapılan mixi yazının eramızdan əvvəl VIII əsrə aid olduğunu deyib: “İki saxsı parçasının üzərində olan bu yazıları amerikalı mütəxəssislərin səyi və hərtərəfli tədqiqat nəticəsində oxumaq mümkün oldu. Saxsı parçalarının birinin üzərində “şəhər”, digərində isə “qurdum” sözü yazılıb. Ümid edirik ki, gələcəkdə davam etdiriləcək tədqiqatlarda biz şəhərin də adını tapa biləcəyik”. S. Aşurov yazıların yerli, yəni Azərbaycan ərazisində yaşamış tayfalara aid olmasının da təsdiqləndiyini bildirib: “Azərbaycanda tapılan ilk yazı nümunəsinin Urartu və assuriyalılara deyil, yerli tayfalardan birinə, daha çox isə mannalılara məxsusluğu ehtimal edilir. Bu tapıntı həmçinin Oğlanqala abidəsinin Urartu mədəniyyətinə aid olması barədə səslənən bəzi fikirlərin də yanlış olduğunu və abidənin yerli tayfalara məxsusluğunu üzə çıxarıb”.
S. Aşurov iyulun 1-də başlayan və fransalı, amerikalı mütəxəssislərlə birgə aparılan tədqiqatların artıq yekunlaşdığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR