Bank Of Baku

Şimali Kiprdə beynəlxalq karikatura müsabiqəsi keçirilib

Şimali Kiprdə beynəlxalq karikatura müsabiqəsi keçirilib
# 09 sentyabr 2008 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Şimalı Kipr Türk Cumhuriyyətində beynəlxalq karikatura müsabiqəsi keçirilib. Festivalda 8 ölkədən 13 karikaturaçı rəssam iştirak edib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya bildirilib ki, ölkəni tədbirdə birliyinin sədri Bayram Hacızadə təmsil edib. Karikatura janrının inkişafı və təbliğindəki xidmətlərinə görə Rusiyadan Mixail Zlatkovski, Ukraynadan Vladimir Kazanevski, Türkiyədən Atilla Özər, İsmayıl Kar, İtaliyadan Dalronte Paolo, Rumıniyadan Yulian Pena Pai, Kristian Toran, Makedoniyadan Cordan Por İliyev və Azərbaycandan Bayram Hacızadə festivalın gümüşdən hazırlanmış xüsusi mükafatına və xatirə hədiyyələrinə layiq görülüblər. Tədbir çərçivəsində prezident Mehmet Əli Tələt rəssamlarla görüşüb. B. Hacızadə ona Azərbaycan karikaturasından bəhs edən kitab hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR