Bank Of Baku

Azərbaycan incəsənət ustaları Nyu-York və Vaşinqtonda konsert verəcəklər

Azərbaycan incəsənət ustaları Nyu-York və Vaşinqtonda konsert verəcəklər
# 09 sentyabr 2008 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan incəsənət ustaları Nyu-York və Vaşinqtonda konsert verəcəklər. Bu barədə APA-ya məlumat verən Bakı Musiqi Akademiyasının prorektoru, pianoçu Yeganə Axundova konsertlərin 1-3 oktyabr tarixlərində keçiriləcəyini bildirib. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə baş tutacaq konsertlərdə sənətçilərimizi Kanadada yaşayan azərbaycanlı dirijor İsmayıl Hacıyevin rəhbərliyi ilə amerikalı musiqiçilərindən ibarət Simfonik Orkestr müşayiət edəcək. Konsertdə solist kimi Yeganə Axundovanın çıxışı nəzərdə tutulub. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirovun əsərlərinin ifa olunacağı konsertlərdə Azərbaycandan Rain Sultanovun caz qrupu, əməkdar artist Tünzalə Ağayeva, Güllü Muradova və başqaları iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR