Bank Of Baku

Azərbaycan Uşaq Filarmoniyasının Gənclər Simfonik Orkestri gələn həftə İsveçdə konsert verəcək

Azərbaycan Uşaq Filarmoniyasının Gənclər Simfonik Orkestri gələn həftə İsveçdə konsert verəcək
# 09 sentyabr 2008 16:27 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 16-17-də Azərbaycanın Norveç və İsveçdəki səfirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-İsveç-Norveç biznes forumu keçiriləcək. Tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.
Azərbaycan Gənclər və İdman Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, forumla əlaqədar olaraq sentyabrın 15-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İsveçin Stokqolm şəhərinin «Nalen» konsert zalında Teymur Qoyçayevin rəhbərlik etdiyi Uşaq Filarmoniyasının Gənclər Simfonik Orkestrinin konserti olacaq. Sentyabrın 17-də isə bu şəhərdə Azərbaycan diasporu üçün konsert keçiriləcək.
Konsert proqramında əcnəbi bəstəkarlarla (Mosart, Ştraus, Çaykovski) yanaşı, Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev, Tofiq Quliyev və digərlərinin əsərləri səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR