Bank Of Baku

Dövlət Opera və Balet Teatrında tanınmış balet ulduzların iştirakı ilə tamaşalar nümayiş etdiriləcək

Dövlət Opera və Balet Teatrında tanınmış balet ulduzların iştirakı ilə tamaşalar nümayiş etdiriləcək
# 10 sentyabr 2008 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rus baletinin ulduzlarından biri Tatyana Çernobrovkina Azərbaycan Dövlət Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baletində çıxış edəcək. Dövlət Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya bildirilib ki, T. Çernobrovkina tamaşada Odetta-Odiliya rolunu canlandıracaq. Elə həmin ay hazırda Moskvada yaşayan azərbaycanlı gənc vokalçı Dinara Əliyevanın iştirakı ilə Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq. Serbiyalı vokalçı Petya İvanova da teatrın tərəfindən Cüzeppe Verdinin “Riqoletto” operasında çıxış etmək üçün dəvət olunub. Dəvətçilər sırasında həmçinin Marinski teatrının solisti Diana Vişnyova da var. Yeni mövsümdə həmçinin teatrda yeni quruluşda səhnələşdirilən Qara Qarayevin “Yeddi gözəl” baletinin təqdim olunacaq. Türkiyəli müəllif Yana Temizin librettosu əsasında hazırlanan tamaşaya Sankt-Peterburqdan olan baletmeyster Vasili Medvedyev quruluş verəcək. Baletin dekorasiya eskizlərinin müəllifi Rusiya Akademik Böyük Teatrının rəssamı Dmitri Çorbadjı, geyim eskizlərinin müəllifi isə əməkdar rəssam Tahir Tahirovdur. Tamaşanın musiqi rəhbəri və dirijoru İstanbul Opera və Balet Teatrının dirijoru həmyerlimiz Elşad Bağırovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR