Bank Of Baku

XVII “Kinoşok” festivalında Azərbaycan filmi də nümayiş olunacaq

XVII “Kinoşok” festivalında Azərbaycan filmi də nümayiş olunacaq
# 12 sentyabr 2008 10:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Anapada XVII “Kinoşok” kino festivalı öz işinə başlayıb. APA-nın məlumatına görə, Azərbaycan festivalda rejissor Şamil Nəcəfzadənin “Qala” filmi ilə təmsil olunur. Ramiz Rövşənin ssenarisi əsasında çəkilən filmin operatoru Kənan Məmmədov, rəssamları Arif Məhərrəmov və Əziz Məmmədovdur. Filmdə baş rolları xalq artistləri Rasim Balayev və Firəngiz Mütəllibova canlandırıblar.
Sentyabrın 21-dək davam edəcək “Kinoşok” festivalında MDB və Baltikyani ölkələr iştirak edir. 15 ölkənin iştirak etdiyi festivalın himayədarları Rusiya prezidentinin Administrasiyası, Rusiya Mədəniyyət Nazirliyi, Krasnodar və Anapa administrasiyalarıdır. Festival çərçivəsində beş istiqamətdə müsabiqə də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR