Bank Of Baku

Naxçıvan Teatrı payız mövsümünü «Dəli yığıncağı» tamaşası ilə açacaq

Naxçıvan Teatrı payız mövsümünü «Dəli yığıncağı» tamaşası ilə açacaq
# 12 sentyabr 2008 23:00 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Dövlət Musiqili Dram Teatrı yeni mövsümünü Cəlil Məmmədquluzadənin «Dəli yığıncağı» tragikomediyası ilə açacaq. Teatrdan APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Kamran Quliyevdir. Quruluşçu rəssamı Naxçıvan MR-in əməkdar rəssamı Əbülfəz Axundov, bəstəkarı Kamal Əhmədov olan tamaşada rolları Azərbaycanın əməkdar artistləri Rövşən Hüseynov, Şirzad Abutalıbov və başqaları ifa edirlər. Tamaşa sentyabrın 17-də təqdim olunacaq.
Qeyd edək ki, sözügedən tamaşa Naxçıvan teatrında artıq dördüncü dəfədir səhnələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR