Bank Of Baku

Azərbaycan təmsilçiləri Xəzəryanı dövlətlərin festivalında uğurla çıxış ediblər

Azərbaycan təmsilçiləri Xəzəryanı dövlətlərin festivalında uğurla çıxış ediblər
# 15 sentyabr 2008 09:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Qazaxıstanın Aktau şəhərində keçirilən “Xəzər dostluq dənizidir” Xəzəryanı dövlətlərin festivalında Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, festivalda Qazaxıstanın Manğıstau vilayətinin dəvəti ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin C. Cabbarlı adına Mədəniyyət evinin “Buta” xalq kollektivi iştirak edib. “Buta” xalq kollektivinin iki üzvü uğurlu ifalarına görə diplomlarla təltif ediliblər.
Münsiflər heyətinin festivalın nəticələri haqqında verdiyi qərara əsasən C. Cabbarlı adına Mədəniyyət evinin “Buta” xalq kollektivi festivalın laureatı adına layiq görülüb, kollektivə diplom, bir neçə hədiyyə və pul mükafatı təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR