Bank Of Baku

Muzey Mərkəzində Beynəlxalq Sülh Gününə həsr olunmuş sərgi açılıb

Muzey Mərkəzində Beynəlxalq Sülh Gününə həsr olunmuş sərgi açılıb
# 15 sentyabr 2008 13:19 (UTC +04:00)
Bakı.Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Ombudsman Aparatının təşkilatçılığı ilə 21 sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş sərgi açılıb. APA-nın məlumatına görə, sərgidə müxtəlif məktəblərin şagirdlərinin fərqli janrlarda sülhü əks etdirən 100-ə yaxın əsəri nümayiş etdirilib. Sərgidə çıxış edən ombudsman Elmira Süleymanova BMT tərəfindən elan olunan bu günün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Tədbirdə BMT-nin Azərbaycanda rezident-nümayəndəsi Bruno Pueza, İsveçrənin Azərbaycandakı səfiri Alain Quidetti, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov və başqaları çıxış ediblər. Qeyd edək ki, 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibəti ilə Ombudman Aparatının təşkilatçılığı ilə silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR