Bank Of Baku

Krasnodar Vilayət Elmi Kitabxanasında Azərbaycan guşəsi açılacaq

Krasnodar Vilayət Elmi Kitabxanasında Azərbaycan guşəsi açılacaq
# 16 sentyabr 2008 09:45 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanın kitabxana mütəxəssisləri dünən Anapada işinə başlayan “Kitabxanalardan - gələcəyə” adlı VIII beynəlxalq konfransda iştirak edir. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bu gün konfransda təhsil prosesinin informasiya təminatında, informasiya mədəniyyətinin formalaşmasında, ruhi-mənəvi tərbiyədə, gənclər mühitində neqativ təzahürlərin aradan qaldırılması və sağlam həyat tərzinin təbliğində kitabxanaların rolu məsələləri müzakirə olunacaq. Sabah, konfransın növbəti iş günündə Krasnodar Vilayət Elmi Kitabxanasında Azərbaycan guşəsinin təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycan guşəsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaya “Heydər Əliyev və mədəniyyət”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, “Qobustan – Azərbaycanın qədim mədəniyyət ocağı”, “Azərbaycan geyim mədəniyyəti tarixi”, “Kitabi Dədə Qorqud Ensiklopediyası” və digər elmi, tarixi kitablar göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR