Bank Of Baku

Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq

Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
# 16 sentyabr 2008 23:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq rəssamı Nadir Qasımovun anadan olmasının 80 illiyi münasibəti ilə sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, yubiley sərgisi sentyabrın 19-da Muzey Mərkəzində keçiriləcək. Sərgidə rəssamın Dövlət İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasından götürülmüş 80-ə yaxın əsəri nümayiş etdiriləcək. Sərgi 5 gün davam edəcək.
Qeyd edək ki, mərhum rəssam N. Qasımov 1941-46-cı illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1497-53-cü illərdə isə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq Akademiyasında təhsil alıb. Beynəlxalq və respublika əhəmiyyətli sərgilərin fəal iştirakçısı olan xalq rəssamının 1961 və 1977-ci ildə Bakıda fərdi yaradıcılıq sərgiləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR