Bank Of Baku

Xalq artisti Həsən Məmmədovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Xalq artisti Həsən Məmmədovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib
# 16 sentyabr 2008 14:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Azərbaycanın xalq artisti, kinoaktyor Həsən Məmmədovun 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev görkəmli aktyorun həyat və yaradıcılığından danışıb: “Həsən Məmmədovun kinoda ifa etdiyi rollar öz intellektual yüksəkliyi, sakitliyi və təvazükarlığı ilə fərqlənir”.
Həsən Məmmədovun 1938-ci ildə Salyanda anadan olduğunu, Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdiyini deyən C.Quliyev deyib ki, aktyor bir müddət Az.TV-də radio diktoru olub. Onun sözlərinə görə, 60-cı illərin əvvəllərindən başlayaraq 40-dan artıq filmə çəkilən H. Məmmədov “Böyük dayaq” filmində Qaraş rolu ilə kinoda debütünü edib. Bundan sonra o, “Möcüzələr adası”nda Nazim, “Zirvə”də Kamil, “Arşın mal alan”da Əsgər, “Axırıncı aşırım”da Abbasqulu bəy, “Gün keçdi”də “Oqtay”, “Dədə Qorqud”da Dədə Qorqud, “Arxadan vurulan zərbə”də Qəmərli, “Bizi bağışlayın”da Nəriman, “İstintaq”da Murad və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. Muzeyin foyesində H. Məmmədovun fotoşəkillərinin sərgisi nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR