Bank Of Baku

Bakıda Avstriya rəssamının qrafika əsərlərindən ibarət sərgi açılacaq

Bakıda Avstriya rəssamının qrafika əsərlərindən ibarət sərgi açılacaq
# 16 sentyabr 2008 22:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 24-30-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tanınmış Avstriya rəssamı, litoqrafiya üzrə mütəxəssis Diter Yozefin qrafika əsərlərindən ibarət sərgi və litoqrafiya üzrə ustad dərsləri keçiriləcək. Tədbir Xarici İşlər Nazirliyinin müraciəti əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, Diter Yozefin əsərləri əsasən litoqrafiya üçün məxsusi olan printmakingin artistik imkanlarının axtarışlarından ibarətdir. O, Yapon kağızı üzərində çap edərək əl işlərinin estetik baxımından inkişafına nail olur. 1975-ci ildən D. Yozefin Avstriya, Polşa, Kanada, ABŞ, Yaponiya, Hindistan, Meksika, Almaniyada keçirilən qrup sərgilərində iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR