Bank Of Baku

Azərbaycanlı karikaturaçı İsraildə keçirilən beynəlxalq müsabiqənin mükafatına layiq görülüb

Azərbaycanlı karikaturaçı İsraildə keçirilən beynəlxalq müsabiqənin mükafatına layiq görülüb
# 17 sentyabr 2008 08:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan karikaturaçısı Bayram Hacızadə İsraildə keçirilən 14-cü Beynəlxalq müsabiqəsində həvəsləndirici mükafatına layiq görülüb. «Azərbaycan-İsrail» (Azİz) Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak APA-ya bildirib ki, İsrailin Hayfa şəhərində 1994-cü ildən ənənəvi olaraq hər il keçirilən bu müsabiqə MDB ölkələrindən olan repatriant rəssamların təsis etdiyi «Penkom» Assosiasiyası və Hayfa bələdiyyəsi tərəfindən təşkil olunur. Bu il keçirilmiş müsabiqədə münsiflər heyəti 60 ölkədən göndərilmiş 1000-ə yaxın əsərlə tanış olublar. Müsabiqənin qalibləri Ukrayna, Fransa və İtaliyadan olan karikaturaçılar olub. Mükafatların təqdimetmə mərasimində Bayram Hacızadəyə çatacaq mükafat «Azİz»-in İdarə Heyətinin üzvü Yuri Boçarova təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR